Şənbə, 29 İyun

Türkiyə PUA-ları səfərbər etdi: "Bayraktar" 103 yanğın nöqtəsi aşkarladı- VİDEO

image

Türkiyədə 10 gündür davam edən genişmiqyaslı meşə yanğınları ölkə iqtisadiyyatına, turizmə, ekologiyaya ciddi ziyan vurur. Aidiyyəti dövlət qurumlarını səfərbər edən Ankara əlində olan bütün maddi texniki imkanlardan da yararlanır.

Xəbər verilir ki, Türkiyə ordusunun arsenalındakı yerli istehsal olan Pilotsuz Uçuş Aparatları (PUA) yanğınlarla mübarizədə aktiv iştirak edirlər. Yerli media "Bayraktar TB2" PUA-larının təbii fəlakətlə bağlı 1835 saat uçuş həyata keçirdiyini yazıb.

"Bayraktar TB2"-lər yanğınsöndürmə işlərində aktiv iştirak edirlər. Milli istehsalımız olan bu PUA-lar 103 yanğın nöqtəsini anında aşkar ediblər. Türkiyə meşə yanğınları ilə bağlı ciddi bir sınaq qarşısında qalıb. Əlverişsiz hava şəraiti nəticəsində yanğınsöndürmə işlərinin çox çətin bir prosesə çevrilməsi alovlarla mübarizə aparan aidiyyəti qurumların işçilərini və könüllüləri qorxutmur.

Hər kəs səfərbər olub, texniki imkanlardan da yararlanırıq. Türkiyə yanğınsöndürmə işlərinə PUA-ları müvəffəqiyyətlə inteqrasiya etdi. Bu istiqamətdə "Bayraktar TB2"-lərin 1835 saat uçuş həyata keçirib və bunun sayəsində operativ şəkildə 103 yanğın nöqtəsi aşkarlanıb",-saytlar yazıb.

https://azadsoz.com/M0/1/2021/08/images/20210806_110719_1628233639_291db59400.jpg

https://azadsoz.com/M0/1/2021/08/images/20210806_110733_1628233653_25b6283825.jpg

https://azadsoz.com/M0/1/2021/08/images/20210806_110748_1628233668_dbe8b0fe45.jpg

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Putin nədən narazıdır?

  • 28.06.2024 - 15:33
image

Yasamalda qaz olmayacaq

  • 27.06.2024 - 10:35
image

Zaxarovadan Qriqoryana CAVAB

  • 26.06.2024 - 20:10
image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14